Ölkə

Bu ərazilərdə qaz olmayacaq

7 Sentyabr 2023 07:02
Baxış: 1 621
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün saat 10:00-dan "Keşlə" QPS-də dörd ədəd istismara yararsız siyirtmənin yenisilə əvəz olunması və "Qaz İxrac" İdarəsi tərəfindən saat 09:00-dan "Göyçay-1" QPS-də iki ədəd istismara yararsız siyirtmənin demontaj olunaraq əvəzinə yeni siyirtmənin quraşdırılması ilə əlaqədar qaz təchizatı dayandırılacaq.

Milli.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

Təmir-quraşdırma işləri aparılan müddətdə Xətai rayonunun S.Vəzirov, N.Əliyev, S.Sinuşkin, Y.Səfərov, A.İsmayılov, F.Bayramov, M.Rəfibəyli, M.Mehdizadə, S.Orucov küçələrinin, Ağ Şəhər, Babək və Xocalı prospektlərinin, eləcə də Göyçay rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.