Ölkə

“Uşaqlarımızı savadsız müəllimlərə etibar edə bilmərik”

29 Avqust 2023 12:35
Baxış: 858
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Uşaqlarımızı savadsız müəllimlərə etibar edə bilmərik! Biz uşaqlarımızı müəllim adını daşımağa layiq olmayanlara etibar edə bilmərik! Niyə də etməliyik? Niyə bizim övladlarımıza öz peşəsini dərindən bilən, sevən, savadlı müəllimlər dərs deməsin?.."

Milli.Az xəbər verir ki, bu sözləri tanınmış jurnalist Azər Həsrət feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyi son illərdə müəllim peşəsinin nüfuzunun artırılması, daha savadlı, təcrübəli, layiqli şəxslərin bu istiqamətdə önə çəkilməsi üçün sertifikasiya keçirir:

"Şəxsən mən bir vətəndaş olaraq bu prosesi dəstəkləyirəm! Düşünürəm ki, əgər bir şəxs özünə güvənirsə, müəllim adını daşımağa haqqının çatdığına əmindirsə, niyə sertifikasiyadan narahat olmalıdır?

Şəxsən mən müəllim olsaydım, həvəslə bu prosesdə iştirak edib doğrudan da layiqli müəllim olduğumu yüksək səslə sübut edərdim!

Sertifikasiya təhsil sistemində həyata keçirilən islahatların tərkib hissəsi olaraq keyfiyyətin yüksəldilməsinə xidmət edir. Yəni millətin övladları daha keyfiyyətli müəllimlərdən dərs alsın deyə edilir bu".

A.Həsrət bildirib ki, dünya ölkələri kosmosa turist göndərir, ən yüksək elmi nailiyyətlər əldə edir, bizdə isə bəlli bir zümrə hələ də təhsili axsatmaqla məşğuldur: "Ona görə də cəmiyyət, özəlliklə də onun fəal kəsimi olaraq bu prosesdə fəal olmalıyıq ki, məktəblərdə yüksək savadı və uşaqlarımıza keyfiyyətli təhsil verən müəllimlər olsun. Ümid edirik ki, bu sertifikasiya prosesi tam şəffaf keçəcək və layiq olanlar o müqəddəs müəllim vəzifəsində qalmağa davam edəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.