Ölkə

Azərbaycanda bu peşə sahibləri ilə bağlı SEVİNDİRİCİ XƏBƏR - VİDEO

19 May 2023 10:36
Baxış: 4 159
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İşlə bağlı yaş məhdudiyyətinin aradan qaldırılması hədəflənir.

Milli.Az xəbər verir ki, Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Musa Quliyev "Xəzər Xəbər"ə bildirib ki, dövlət orqanlarında yaşı 65-dən yuxarı olan şəxslərin əmək fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı qərara yenidən baxmaq lazımdır.

Komitə sədri qeyd edib ki, elə sahələr var ki, orda işçi qüvvəsinə ehtiyac var. Millət vəkili bölgələrdə xüsusilə həkim və müəllimlərə ehtiyacın olduğuna diqqət çəkib.

Musa Quliyev əlavə edib ki, yaş məhdudiyyəti ilə bağlı tibb və təhsil işçilərinin müraciətləri hökumətə təqdim edilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.