Ölkə

Boloniya Universiteti ilə ADA Universiteti arasında əməkdaşlıq kənd təsərrüfatının stabil inkişafını təmin edəcək - Rektor

25 Aprel 2023 17:56
Baxış: 455
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Boloniya Universiteti ilə ADA Universiteti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın başlaması bu sektorun stabil inkişafını təmin edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə çərşənbə axşamı Boloniya Universitetinin rektoru Covanni Molari İtaliya-Azərbaycan Universiteti çərçivəsində ADA Universiteti və Boloniya Universitetinin kənd təsərrüfatının və qida sisteminin idarə olunması üzrə birinci qısamüddətli birgə sertifikasiya proqramının açılış mərasimində deyib.

"Boloniya universiteti ən qədim universitetlərdən biridir. Universitetimiz digər universitetlər tərəfindən innovasiyalara açıqdır. ADA Universiteti ilə birgə yaradılmış bu proqram əməkdaşlığımızı möhkəmləndirməyə və mübadilə üzrə tələbələrin sayını artırmağa imkan verəcək. Hazırda bizim üçün daha çox akademik proqramlar hazırlamaq və birlikdə iki ölkənin kənd təsərrüfatı və qida sektorlarını yaxşılaşdırmaq imkanları yaranır", - deyə C.Molari əlavə edib.

Xatırladaq ki, 2 aprel 2022-ci ildə İtaliya-Azərbaycan Universitetinin tikintisi barədə sənəd imzalanıb və bu ali təhsil ocağının binasının təməlqoyma mərasimi baş tutub.

Qeyd edək ki, ADA Universiteti artıq İtaliyanın beş universiteti ilə əməkdaşlıq edir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.