Ölkə

Bakı, Sumqayıt və Abşeronda mart ayı üzrə pensiyalar BU TARİXDƏ ödəniləcək

6 Aprel 2023 09:24
Baxış: 4 601
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aprelin 7-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.

Bu barədə Milli.Az-a Dövlət Sosial Müdafiə Fondundan bildirilib.

Qeyd edilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

Xatrıladaq ki, Prezident İlham Əliyevin "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" sərəncamına əsasən pensiyalar 14,7 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılıb.

Ümumilikdə 1,1 milyon pensiyaçını əhatə edən bu yeni artımlar üçün illik əlavə olaraq 728 milyon manat xərclənəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.