Ölkə

Zaqatalada telefon partladı - VİDEO

8 Fevral 2023 15:09
Baxış: 2 917
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zaqatalada mobil telefon enerji mənbəyinə qoşulan zaman partlayıb.

Milli.Az Xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə rayon ərazisində fəaliyyət göstərən mobil telefon təmiri mağazalarından birində baş verib.

Belə ki, rayon sakinlərindən biri mobil cihazının batariyası şişdiyi üçün onu ustaya gətirib. Usta Ramiz Hüseynov isə telefonu piştaxtaya yerləşdirib. Bir qədər sonra isə bu hadisə qeydə alınıb. 

Ramiz Hüseynovun sözlərinə görə, baş verə biləcək faciənin qarşısını telefonun kənarda olması alıb: "Əlimizin altında olsaydı əlimiz, üzümüz yanmış olardı. Çünki daha əvvəl belə hadisə başqa ustaların başına gəlib və əlləri yanıb".

Hadisənin videosunu təqdim edirik:

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.