Sentyabr döyüşləri haqda sensasiya: Arutyunyandan etiraf
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sentyabr döyüşlərindən sonra Rusiya sülhməramlıları vasitəsilə Qarabağdan Ermənistana separatçı birliklər gətirilib.
Milli.Az Globalinfo.az-a istinadən xəbər verir ki, bu məlumatı "Hraparak" qəzeti yayıb.
Məlumata görə, Ermənistana göndərilən dəstə Cermuk (İstisu) şəhərində yerləşdirilib. Bu birliklərə isə qondarma rejimin Təhlükəsizlik Şurasının hazırkı rəhbəri "Çolka" ləqəbli Ararat Melkumyan, "Milli Təhlükəsizlik Xidməti"nin rəhbəri Qraat Yesayan və "xüsusi təyinatlıların komandiri" Roland Aydinyan rəhbərlik edib.
Qəzet bu məlumatın sentyabrın 24-də Ermənistan rəsmiləri tərəfindən təkzib olunsa da, Araik Arutyunyanın Moskvaya getmədən öncə etdiyi çıxışı zamanı təsdiqlədiyini bildirib. Belə ki, 200 nəfərlik auditoriya qarşısında çıxış edən separatçı "lider" "sentyabr döyüşlərindən dərhal sonra Ermənistana qoşun göndərdik" sözlərindən istifadə edib. Bununla belə Arutyunyan qondarma rejimdə silahın olduğunu, amma Bakı ilə dialoqun həddən artıq vacib olduğunu sakinlərə çatdırıb.
Qəzet həmçinin ötən bazar günü keçirilən görüşün yeni detallarını da açıqlayıb. Belə ki, Arutyunyan çıxışı zamanı Ermənistan hakimiyyət nümayəndələrinin ona Qarabağla bağlı aktiv fəaliyyət apardıqlarını və beynəlxalq strukturlara müraciət etdiklərini bildirib. Lakin Arutyunyan bu prosesə inanmadığını söyləyib. Separatçı "lider" verilən bəyanatların heç bir dəyər kəsb etmədiyini vurğulayıb. Bunun üçün Ermənistanın 26 il ərzində BMT TŞ qətnamələrini icra etməməsini nümunə göstərən Arutyunyan Azərbaycan üçün də son verilən bəyanatların heç bir əhəmiyyəti olmayacağını deyib.
Qeyd edək ki, keçən bazar günü keçirdiyi görüşdə Arutyunyan həmçinin Rusiya sülhməramlılarına güvənməməli olduqlarını və separatçıların Bakı ilə birbaşa danışıqlara getməli olduğunu elan edib. O, yalnız bunun sayəsində Laçın yolundakı vəziyyətin yoluna qoyulacağını bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycanda dayanmadan yağış yağacaq - Proqnoz
-
Ceyranbatanda toyda döyülən gənc xəstəxanada öldü
-
Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - (Foto)
-
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
-
Keçmiş məhkumlardan 19 kiloqram narkotik aşkarlandı
-
Sosial müavinətlə bağlı yeni xəbər - 179 min nəfər...
-
Bakıda bu qəsəbəyə taksi gəlmir - Səbəb nədir?
-
Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı
-
Ofeliya Sənani xəstəxanaya yerləşdirildi
-
“Bu, Amerika üçün böyük gün olacaq”
-
Sea Breeze ərazisində yeni texnologiyalarla təchiz olunmuş ilk çoxzallı CineMastercard kinoteatrı açılacaq (Foto)
-
Azad Bayramov vəfat etdi
-
"İnter"li Markus Turam: "Mən Leaoyam, "Qalatasaray"da oynayıram" - (Video)
-
Moskvaya PUA hücumu: 1 nəfər ölüb, 6 nəfər yaralanıb
-
Mağazadan alınan yumurtanın içindən cücə çıxdı
-
İstanbulda məktəbdə dəhşətli hadisə: 5 qız şagird bıçaqlandı
-
"“Flydubai” hadisəsinə görə İran məsuliyyət daşıyır"
-
Vüsalə Əlizadə verilişində yerinə aparıcılıq edənə "əsəbiləşdi": “Bunu tapmısınız? - (Video)
-
Allahşükür Paşazadənin 40 il əvvəlki görüntüləri yayıldı - (Video)
-
Medvedev diskvalifikasiya olundu - Bu hərəkətinə görə - (Video)
-
Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər
-
Rusiyanın kəndləri boşalır: 20 milyon hektar torpaq istifadəsiz qalıb
-
Qızıl almaq istəyənlərin nəzərinə
-
XİN-dən vurulan gəmi ilə bağlı açıqlama





