Ölkə

Bakıda qatar avtomobillə toqquşub, xəsarət alan var

16 Yanvar 2023 09:39
Baxış: 1 078
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Xəzər rayonunda ağır yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Qala qəsəbəsində şlaqbaumsuz dəmiryol keçidində olub.

1963-cü il təvəllüdlü Kərimov Aydın Kamil oğlu idarə etdiyi "VAZ 2107" markalı nəqliyyat vasitəsilə keçiddən keçərkən yük qatarına çırpılıb.

Zərbənin təsirindən avtomobil bir neçə metr kənara aşıb.

Qəza nəticəsində A.Kərimov bədənin müxtəlif sahələrindən ağır sınıq xəsarətləri alıb.

Yaralı təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.