Bakıda 2 nəfərin ölümündə təqsirləndirilən "Range Rocer" sürücüsü saxlanılıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü maddəsilə cinayət işi başlanıb. Qanunvericiliyə uyğun olaraq təyin edilən yol-nəqliyyat ekspertizasının rəyi əsasında hadisədə təqsiri sübuta yetirilən "Range-Rover" markalı avtomobilin sürücüsü 1986-cı il təvəllüdlü Beytulla Babayev saxlanılıb.
Xatırladaq ki, oktyabrın 8-də Sabunçu rayonunda - Bilgəh-Nardaran yolunda "Range Rover" markalı avtomobillə "KİA" markalı avtomobilin toqquşması nəticəsində 2 nəfər həlak olub, bir nəfər isə ağır xəsarət alıb. Bildirilib ki, hadisə "Range Rover" markalı avtomobilin yüksək sürətlə idarə edilməsi səbəbindən baş verib, nəticədə "KİA"da olan 2 gənc dünyasını dəyişib.
Milli.Az