Dünyanın ən yaxşı universitetləri COP29-da elan edildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Noyabrın 18-də COP29 çərçivəsində Bakıda dünyanın ən nüfuzlu reytinq cədvəllərindən biri olan "QS dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025"in nəticələri elan edilib.
Milli.Az xəbər verir ki, tədbir Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və "QS Quacquarelli Symonds" təşkilatının birgə təşkilatçılığı ilə keçirilib.
Açılış nitqi ilə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev ali təhsil müəssisələrinin fəaliyyətində dayanıqlı inkişafın təşviqi istiqamətində aparılan işləri, dayanıqlı inkişaf məqsədlərinə uyğun olaraq fəaliyyətin ölçülməsinin vacibliyini, o cümlədən Azərbaycan ali təhsil müəssisələrinin ötən illərdə "QS dayanıqlılıq reytinqi"ndə nəticələrini və bu sahədə gözləntiləri qeyd edib.
Daha sonra QS-in vitse-prezidenti Ben Sauter "QS dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025" üzrə əsas statistik göstəriciləri və Azərbaycan ali təhsil müəssisələrinin nəticələri barədə təqdimatla çıxış edib. Bildirilib ki, ötən il yalnız 2 yerli ali təhsil müəssisəsinin təmsil olunduğu reytinq cədvəlinə bu il ilk dəfə Azərbaycanın 7 ali təhsil müəssisəsi daxil olub. Azərbaycan sözügedən reytinqdə ilk dəfə TOP 1000-də Bakı Dövlət Universiteti (941-950) ilə təmsil olunur. Azərbaycan Dövlət İqtisad Universiteti 1081-1100-cü yerdə qərarlaşıb. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (1351-1400), Bakı Mühəndislik Universiteti (1451-1500), Azərbaycan Texniki Universiteti (1501+), Azərbaycan Memarlıq və İnşaat Universiteti (1501+) və Xəzər Universiteti (1501+) isə ilk dəfə bu reytinqdə yer alırlar.
Tədbir çərçivəsində sözügedən reytinqə daxil olan ali təhsil müəssisələri QS rəhbərliyi tərəfindən sertifikatla təltif olunub.
Tədbirin ikinci hissəsi dünyanın qabaqcıl universitetlərinin nümayəndələrinin iştirakı ilə "Ali təhsildə dayanıqlılıq: davamlı universiteti idarə etmək üçün nə lazımdır?" mövzusunda panel sessiyası ilə davam edib.
Ben Sauterin moderatorluğu ilə keçirilən paneldə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Ekzeter Universitetinin Biznes və İnnovasiyalar üzrə direktoru Stuart Brocklehurst, Kembric Universitetinin İqlim təhsili üzrə direktoru Kristin Özden və Bolonya Universitetinin Kənd təsərrüfatı və qida siyasəti üzrə professoru Matteo Vittuari spiker qismində iştirak ediblər.
Paneldə ali təhsil müəssisələrində dayanıqlılığın inteqrasiya olunması istiqamətində strategiya və mövcud təcrübələr müzakirə olunub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
XƏBƏR LENTİ
-
Aleyna Tilki sevgi həyatı barədə: "Küçədə heç kimlə əl-ələ gəzməmişəm"
-
Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - Səbəb nədir? - (Video)
-
Didem Balçının dəyişimi diqqət çəkdi - (Foto)
-
100 milyon təklif olundu, qəbul etmədi
-
“50 qəpik”də maşın yuyanların diqqətinə
-
Bakıda şagirdi öldürməkdə ittiham edilən məktəblinin (Fotosu)
-
Məhkumlar niyə iş tapa bilmir? - Ədliyyə naziri səbəbi açıqladı
-
Ronaldo Messinin gedişini şərh etdi - “Səni qucaqlayıram...”
-
Macarıstanda baş nazir telefon oğurluğuna görə dindirildi
-
Azərbaycana yük gətirən iranlı TIR sürücüləri geri qayıda bilmirlər - (Video)
-
Nizami rayonunda qaz kəsiləcək
-
Günün qoroskopu: Qeyri-adi addımlar atmaqdan çəkinməyin
-
Binəqədidə hərəkət qismən məhdudlaşdırılacaq
-
Şahmalı onları polislə hədələdi
-
"Real" və "Barselona" növbəti dəfə transfer bazarında rəqib oldu
-
Şakira və Pike 4 ildən sonra üz-üzə gəldi - (Video)
-
Sabah Bakının bəzi ərazilərdə işıq olmayacaq
-
Azərbaycanda yeni cəzaçəkmə müəssisələri tikilir - Nazirdən açıqlama
-
Tramp: İranla müharibə çox tezliklə başa çatacaq
-
Zelenski: Bu gün Ukraynaya endirilən zərbələr nəticəsində 25 nəfər ölüb
-
Şirvanda 18 yaşlı gənc bıçaqlanıb
-
Soner Olgun süni tənəffüs aparatına qoşuldu
-
Azərbaycanda ən çox edilən estetik əməliyyatlar
-
Berna Laçin saxlanıldı





