Ölkə

İrandan gələn şəxsdə külli miqdarda qanunsuz dərman aşkarlandı - FOTO

19 Dekabr 2022 10:48
Baxış: 802
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, Tehran-Bakı aviareysi ilə gələn İran İslam Respublikası vətəndaşına məxsus çamadanlar rentgen qurğusundan keçirilərkən monitorda şübhəli əşyaların təsviri müşahidə olunub.

Bundan sonra həmin sərnişin yoxlama otağına dəvət edilib və həyata keçirilən gömrük baxışı zamanı ona məxsus baqaj yüklərindəki geyim əşyalarının - şalvar və pencəklərin, hətta alt geyimlərinin, corabların içərisində 295 konvalyut, 169 ampul, 6 blister, 17 flakon, 10 ədəd maz şəklində olmaqla 77 adda müxtəlif növ dərman preparatları aşkar edilib. Aşkar edilən dərman preparatları arasında Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin 3-cü siyahısına aid "Alprozolam", "Oxazepam", "Clonezepam", "Alprokim" adlı dərmanvasitələrinin də olduğu müəyyənləşdirilib.

Hazırda faktla bağlı araşdıma aparılır.

Göründüyü kimi, antisanitar şəraitdə, hətta bəzi hallarda şəxsi istifadə adı altında psixotrop dərman preparatlarının ölkəmizə gətirilməsinə cəhd göstərilir ki, bu da "Dərman vasitələri haqqında" Qanunun və digər qanunvericilik aktlarının kobud şəkildə pozulması ilə yanaşı, ölkə əhalisinin sağlamlığına ciddi təhdiddir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.