"İl ərzində cəmi 6 ay işləyirdik"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Şaiq Əhədov bildirib ki, zavod direktoru kimi fəaliyyət göstərsə də, öz adına 5 şirkət açaraq Cəlilabad və Lerikdə binalar tikib: "Özüm tikinti mütəxəssisiyəm. 5 şirkətə görə dövlətə 90 min manat ziyan vurmuşam, hamısını da ödəmişəm".
Digər şahid Alış İsgəndərov isə bildirib ki, o, fəhləliklə məşğuldur. Lakin onun adına "MS" tikinti şirkəti təsis edilib.
"Azərtrans" MMC -nin təsisçisi, şahid Adil Qasımov deyib ki, gördüyü işlərə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 5 min 711 manatdan 1400 manat, 10 min manatdan isə 2 min 500 manat qaytarıb.
2021-ci ilə qədər Dövlət Əmək Müfəttişliyi Xidmətinin Qax, Zaqatala, Balakən regional ərazi şöbəsinin rəisi vəzifəsində işləyən şahid Arif Muradov bildirib ki, yoxlamalar zamanı qanunsuzluğa yol verib: "Planlı yoxlamalar keçirmişik, pozuntular aşkarladığımız müəssisələrdən rüşvət alaraq onları nöqsansız göstərirdik. Bunun üçün Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Anar Quliyevə cəmi 3 min 500 manat rüşvət vermişəm".
Şahid qismində ifadə verən Elçin Ağayev Kürdəmir rayonunda sanatoriya direktoru işlədiyini deyib. Onun sözlərinə görə, nazirliklə dövlət balansında işləyən şəxslərin sanatoriyada qəbul edilməsi üçün müqavilələr bağlayıb: "İl ərzində cəmi 6 ay işləyirdik. Nazirlik tərəfindən vətəndaşların adına Sanatoriya-kurort putyovkalar yazılıb göndərilirdi. Nazirliyə 4 ildə 204 min 850 manat nağdlaşdırıb "otkat" göndərmişəm. Qayda belə idi".
Digər şahid Ehtiram Əhmədov "Qızıl Naftalan" adlı sanatoriyada işlədiyini deyib. Onun sözlərinə görə, 1 milyon 778 manatdan 442 min manatını hesabdan nağdlaşdıraraq şəxsən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İqtisadiyyat şöbəsinin müdiri olmuş Şəlalə Cəfərovaya otağında verib".
Məhkəmənin növbəti iclası noyabrın 28-nə təyin edilib.
Xatırladaq ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.
Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunan sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb.
Səlim Müslümov ibtidai istintaq zamanı cinayət işi ilə bağlı dövlətə dəymiş 27 milyon manatın 20 milyonunu ödəyib. Həmçinin sabiq nazirin 8 milyon manatlıq əmlakı üzərinə həbs qoyulub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - (Foto)
-
Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"
XƏBƏR LENTİ
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)
-
"Sumqayıt" "Kəpəz"lə heç-heçə edib
-
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - (Foto)
-
Madrid debisində “Atletiko” “Real”a qalib gəlib
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı
-
Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"
-
"Fənərbaxça" "Eyüpspor"a qalib gəlib
-
Sürücülərin diqqətinə: Bu qəsəbədə təmir işləri aparılacaq
-
“İran Prezidenti ilə görüşməyə hazıram” - Donald Tramp
-
Yeniyetmə akrobatlarımız Dünya yarışında iki medal qazanıblar - (Foto)
-
Salyanda yol qəzasında ana və 2 azyaşlı övladı yaralanıb
-
Cəlilabadda zəncirvarı qəza - 3 nəfər xəsarət alıb - (Foto)
-
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib - Premyer Liqa
-
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
-
Azərbaycan XİN Pakistana başsağlığı verib
-
“Dəyərini bilən qadınam” - Safurə Əliyeva - (Video)
-
Zaur Kamalın vəziyyəti pisləşdi
-
Sakinlər gecə yata bilmirlər, restoran əməkdaşı: "Mənə heç nə edə bilməzsiniz"
-
Xocavənddə 1 il ərzində 4 500-ə yaxın sakin doğma torpaqlarına qayıdıb - Emin Hüseynov





