Ölkə

Yevlaxda qardaş qətli

13 Oktyabr 2022 09:45
Baxış: 968
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oktyabrın 12-si saat 20 radələrində Yevlax rayonu ərazisində 1973-cü il təvəllüdlü Vüqar Əsədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Yevlax rayon Prokurorluğundan Milli.Az-a verilən xəbərə görə, aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı, 1971-ci il təvəllüdlü Elşad Əsədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarət yetirərək Vüqar Əsədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Elşad Əsədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.