Ölkə

Lənkəranda daha 23 narkotacir saxlanılıb

12 Sentyabr 2022 10:22
Baxış: 1 034
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Lənkəranda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı 23 nəfər saxlanılıb

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Milli.Az-a verilən xəbərə görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumatlar əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində son 1 həftə ərzində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 23 nəfər saxlanılıb. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılmış ümumilikdə külli miqdarda narkotik maddə aşkar edilərək götürülüb.

Faktlarla bağlı Lənkəran ŞRPŞ-də zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Saxlanılan şəxslərin cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.