Ölkə

"Qarabağ"ın oyununa qanunsuz bilet satanlar cəzalandırıldı

18 Avqust 2022 11:30
0 Şərh     Baxış: 819
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunları çərçivəsində qanunsuz bilet satışını həyata keçirən şəxslərə qarşı daxil olan məlumatlar əsasında polis əməkdaşları tərəfindən daha 22 nəfər barəsində tədbirlər görülüb.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, keçirilən tədbirlərlə müxtəlif vasitə və üsullarla əldə etdikləri biletləri dəyərindən dəfələrlə baha qiymətdən satmağa çalışan şəxslərdən müxtəlif şəxslərin adına qeydiyyatdan keçirilən 150 bilet aşkarlanaraq aidiyyat üzrə təhvil verilib.

Həmin şəxslərin hər biri barəsində inzibati qanunvericiliyə uyğun olaraq, protokol tərtib olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.