Ölkə

Sülhməramlılar Xocalıda erməni avtomobili ilə toqquşdu - 4 ÖLÜ - FOTO

12 Avqust 2022 14:07
7 Şərh     Baxış: 3 422
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının avtomobili Xankəndi-Xocalı avtomobil yolunda ağır qəzaya uğrayıb. 

Milli.Az Unikal-a istinadən xəbər verir ki, polisin məlumatına görə, nəticədə 4 nəfər (qadın) ölüb. 

Bildirilib ki, 1992-ci il təvəllüdlü Rusiya sülhməramlısının idarə etdiyi "HAVAL H9" markalı avtomobil, Xocalı rayonunun Dağyurd kəndində məskunlaşan erməninin "VAZ-2107" markalı avtomobili ilə toqquşub. 

Qəza nəticəsində "VAZ-2107"nin sürücüsü sağ ağciyərin aşağı nahiyəsinin kəsilmiş-deşilmiş sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Elə həmin avtomoobilin 4 qadın sərnişini isə yerindəcə keçinib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.