Ölkə

Bakıda qandonduran hadisə: marketdən yeşik oğurladı, tutulmasın deyə özünü öldürdü

25 Aprel 2022 11:00
0 Şərh     Baxış: 3 409
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün səhər saatlarında N.Nərimanov rayonunda intihar hadisəsi baş verib.

Milli.Az bildirir ki, 39 yaşlı Xalid İsmayılov saat 05:20 radələrində Sabit Rəhman küçəsində yerləşən supermarketin qarşısında bıçaqla özünə çoxsaylı xəsarətlər yetirərək intihar edib.

İlkin araşdırma zamanı müəyyən olunub ki, X.İsmayılov həmin küçədəki supermarketin qarşısına yığılmış və ərzaq məhsulları üçün nəzərdə tutulmuş yeşikləri oğurlamaq istəyib. Bu zaman supermarketin mühafizəçiləri onu görüblər və yaxalamağa çalışıblar. Mühafizəçilər tərəfindən tutulacağını görən şəxs üzərindəki bıçağı çıxararaq özünə xəsarətlər yetirib. O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırmalar aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.