Ölkə

Azərbaycanın ədliyyə generalı vəfat etdi

20 Fevral 2022 09:46
1 Şərh     Baxış: 2 331
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Naxçıvan Muxtar Respublikasının sabiq prokuroru, ehtiyatda olan ədliyyə generalı vəfat edib.

Milli.Az APA-ya istinadən bildirir ki, Hüseyn Muxtar oğlu Hüseynov uzun müddət davam edən xəstəlikdən sonra ötən gün rəhmətə gedib.

H. Hüseynov bu gün dəfn ediləcək.

Qeyd edək ki, H. Hüseynov uzun müddət prokurorluq orqanlarında çalışıb.

O, 1991-ci ildə Naxçıvanın prokuroru olub. H.Hüseynov eyni zamanda Yasamal, Səbail rayonlarında prokuror kimi fəaliyyət göstərib. Respublikanın Baş Prokurorluğunda bir sıra vəzifələrdə çalışıb. 2002-ci ildən ehtiyata buraxılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.