Ölkə

Əflatun Amaşovdan Cavanşir Feyziyevlə bağlı AÇIQLAMA

7 Fevral 2022 09:38
2 Şərh     Baxış: 2 077
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Media nümayəndələrini təhqir edən, onlara "reket", "dələduz", "casus" deyən deputat Cavanşir Feyziyevlə bağlı yeni açıqlama verilib.

Milli.Az xəbər verir ki, musavat.com-a danışan Mətbuat Şurasının sədri Əflatun Amaşov məsələnin tez bir zamanda Mətbuat Şurasının gündəliyinə çıxarılacağını bildirib.

Əflatun Amaşov hazırda koronavirusa yoluxduğunu və bu məsələni imkan daxilində izlədiyini deyib. Ə.Amaşov bildirib ki, Cavanşir Feyziyev Mətbuat Şurasının İdarə Heyətində qala bilməz.

Yaxın saatlarda Əflatun Amaşovun rəsmi açıqlaması gözlənilir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.