Ölkə

Oğuz-Yevlax avtomagistralının bir hissəsi bərbad vəziyyətdədir - VİDEO

4 Yanvar 2022 12:37
0 Şərh     Baxış: 955
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Oğuz-Yevlax avtomagistralının Kərimli kəndindən başlayaraq Yaqublu kəndinə qədər olan 3 km-lik hissəsi bərbad vəziyyətdədir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, yolun bəzi hissələrinə çınqıl döşənsə də, uzun müddət istismar olunaraq iri daşların üzə çıxması nəticəsində yol bu günə düşüb.

Yaxınlıqda olan 15-ə yaxın kəndin sakinləri bundan əziyyət çəkdiklərini deyirlər. Yolun bu vəziyyətdə olması isə ən çox sürücüləri çıxılmaz vəziyyətdə qoyur.

Problem ilə əlaqədar Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirdi ki, 31 km-lik Kərimli-Oğuz avtomobil yolunun Şəki rayonundan keçən 21 km-lik hissəsi əsaslı şəkildə yenidən qurulub. Yaqublu kəndinə düşən 2,5 km-lik hissə də daxil olmaqla, yolun Oğuz rayonundan keçən 10 km-lik hissəsinin qurulması məqsədilə layihə hazırlanıb və aidiyyəti üzrə təqdim edilib. Maliyyə vəsaiti ayrılan kimi yolun sözügedən hissəsi də yenidən qurulacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.