Ölkə

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlandı

28 Dekabr 2021 17:36
0 Şərh     Baxış: 644
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31 242 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 083, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 132, buster doza üzrə vaksinasiya olunanların sayı isə 24 027 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 255 847, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 161 039, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 666 161, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 428 647 nəfər təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.