Ölkə

Aprel şəhidinin anası vəfat etdi

4 Dekabr 2021 11:42
2 Şərh     Baxış: 1 431
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aprel döyüşləri şəhidi Mahmud İbrahimovun anası Gülnaz İbrahimova bu gün vəfat edib. 

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova məlumat verib. O qeyd edib ki, şəhid anası uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, şəhid Mahmud Azər oğlu İbrahimov 1997-ci ilin 3 sentyabr tarixində Abşeron rayonunun Mehdiabad qəsəbəsində anadan olub. 2016-cı ilin Aprel döyüşlərində şəhid olan əsgər doğulduğu Mehdiabad qəsəbəsində dəfn olunub. Döyüşlərdə göstərdiyi şücaətə görə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.