Avto

Aston Martin və ya Mercedes qazanmaq olar

27 Dekabr 2014 19:39
0 Şərh     Baxış: 862
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dubayda daşınmaz əmlak alana Aston Martin və ya Mercedes təklif edilir. Bu hədiyyələr 2015-ci ilin yanvarında başlanacaq Şoppinq Festival günlərində Damac şirkətinin alıcıların diqqətini əmlak satışlarına cəlb etmək üçün keçirdiyi aksiyanın tərkib hisssidir. Həmin aksiaya 2015-ci ilin fevralın əvvəlinədək davam edəcək.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, əmlak satın alan alıcı Aston Martin Vanquish S Coupe, Mercedes-Benz-GL Class SUV və Mercedes-Benz SLK 200 Roadster modelləri arasından seçim edə bilər. Bu barədə Arabian Business portalı xəbər verir.

Aksiyaya şirkətin bir sıra obyektləri, o cümlədən AKOYA qolf meydançasına panorama açılan villaları, Dubai Marina -da şəxsi apartamentləri, Burj Area -da mənzilləri və Palm Jumeirah -da villaları cəlb edilib.

Maraqlıdr ki, şirkət 2013-cü ildə də belə bir aksiya keçirmişdi. O zaman penthaus alanlara Audi R8, 3 yataq otaqlı mənzillərin gələcək sahiblərinə Audi A8, 2 yataq otaqlı mənzil alanlara Audi A6, bir yataq otaqlı mənzil alanlara isə Audi A4 hədiyyə edilmişdi.

2014-cü ilin qışında keçirilən aksiyada isə alıcılara belə bir xüsusi təklif edilmişdi: əgər alıcı Damac Properties -dən penthaus almaq seçimini edərdisə ona Lamborghini Aventador hədiyyə edilirdi. Əgər alıcının seçimi developerin başqa obyektləri olardısa obyektin sahəsindən asılı olaraq onu BMW və ya Mini Cooper gözləyirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.