Avto

İlin ən yaxşı avtomobili məlum oldu

18 Aprel 2014 13:51
0 Şərh     Baxış: 1 131
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Üçüncü nəsil Audi A3 avtomobili Nyu-York şəhərində keçirilən avtosalonda ilin ən yaxşı avtomobili elan olunub. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, dünyanın 22 ölkəsindən gəlmiş 69 avtomobil mövzusunda yazan jurnalistlərdən ibarət münsiflər heyəti belə bir qərara gəlib.

Finalda avtomobil BMW 4 Series və Mazda3 kimi güclü rəqibləri geridə qoyub.

Qaydalara əsasən, münsiflər yalnız 2013-cü il ərzində ən azı iki kontingentdə istehsal edilmiş maşınlar arasında seçim ediblər.

Qeyd edək ki, Nyu-York avtosalonunda Almaniya istehsalı olan avtomobillər üstünlük təşkil edib. İlin ən yaxşı idman avtomobilləri isə Porsche 911 GT3, Chevrolet Corvette Stingray və Ferrari 458 Speciale seçilib.

Bu tipli maşınlar arasında seçim edərkən münsiflər tək dinamik göstəricilərə deyil, eyni zamanda sürücünün və sərnişinlərin rahatlığı, o cümlədən təhlükəsizlik məsələlərinə diqqət yetiriblər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.