Ermənistan

Ermənilər İran yük maşınları üçün Gorus-Qafan yolunu bağladı - VİDEO

16 Sentyabr 2021 16:42
Baxış: 2 106
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gorus-Qafan avtomobil yolunda maşın karvanlarından ibarət tıxac yaranıb.

Milli.Az xəbər verir ki, sürücülərin çoxunun keçid məntəqəsində yük maşınlarını saxlayan və 100 dollardan 300 dollar arasında gediş haqqı tələb edən azərbaycanlılara ödəməyə pulu yoxdur. İndi Ermənistan Milli Təhlükəsizlik Xidməti İran yük maşınları üçün Gorusdan Qafana gedən yolu müvəqqəti olaraq bağlayıb.

Sürücülər etiraf edirlər ki, Ermənistan polisi və Milli Təhlükəsizlik Xidməti onlara dolama yolu ilə getməyi təklif edir. Amma yük maşınları belə dar bir yolda hərəkət etmək üçün çox böyükdür. Sürməyə cəsarət edən bəzi yük maşını sürücüləri qəzaya düşür. Onların bəzilərinin bu pulu verdikləri bildilir.

Kamran Seyidov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.