Ermənistan

Ermənilər islama üz tutur, İrəvanda müsəlmanların sayı artır - Şok etiraflar

6 İyul 2021 15:40
Baxış: 3 773
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün erməni cəmiyyətində sözün əsl mənasında xaos və qeyri-müəyyənlik hökm sürür. Çoxsaylı problemlərin sırasına bu günd aha biri də əlavə edilir- mənəvi aşınma. Tanınmış erməni köşə yazarı Artem Erkanyan islamı qəbul edən ermənilərin sayının kəskin şəkildə artması probleminə toxunub. "Sputnik Armeniya"da dərc olunan məqaləsində yazır ki, islamı qəbul edən ermənilər artıq buna təzyiq deyil, könüllü şəkildə müraciət etməyə başlayıb. Erməni yazar soydaşlarını bu addımı atmağa sövq edən amillər və bunun milli təhlküəsizlik nöqtyeyi-nəzərindən nə qədər təhlükəli olmasını araşdırmağa çalışıb. Erməni mediasında dərc olunan məlumatlarda vurğulanır ki, son aylar Ermənistan vətəndaşlarının islamı qəbul etmə halları artıb. Söhbət etnik, əvvəl xristianlığı qəbul edən, yaxud ateist dünyagörüşə malik ermənilərdən gedir. Yazar həftənin əvvəlində rastlaşdığı belə faktlardan birini açıqlayıb.

Sosial və çap mediasında bu günlərdə dərc olunan materialarda bildirilir ki, müfti Salah Hacı Meciyevin xeyir-duası ilə Çeçenistan paytaxtında Yerevan sakini Robert Davtyanın islamı qəbul etməsi ilə bağlı mərasim keçirilib. Onun məhz bu məqsədlə Qroznıya gəldiyi bildirilir. Mərasimi Çeçenistan müsəlmanları dini idarəsinin rəis müavini Arbi Xabziyev keçirib. Erməniyə Adam adı verərək, ona müfti adından hədiyyələr təqdim edib. "İslam nyuz" nəşrinin yazdığına görə, bu mərasimə qədər məsciddə başqa bir Ermənistan vətəndaşı 24 yaşlı Norayr Babadcanyanın islamı qəbul etmə mərasimi keçirilib. "Arqumentı i faktı" da ilin əvvəlində Yerevandan Qroznıya gələn etnik erməninin islamı qəbul etməsi barədə yazmışdı. Bundan əvvəl, müftinin köməkçisi Musa Albiyev Aştarak şəhərindən gələn 27 yaşlı Anuşavan Harutyunyanın istəyi ilə onu müsəlman edib. Adı dəyişən erməni Məhəmməd Harutyunyan olub. Ondan əvvəl də internetdə iki çeçenlə islamı qəbul edən və Qroznıda məskunlaşan Artur adlı erməni arasındakı qarşıdurmanı əks etdirən bir video yayılmışdı. Erməni yazar "bir sözlə, Çeçenistanda ermənilərin İslamı qəbul etməsi halları təcrid olunmaqdan uzaqdır. Ermənistan vətəndaşları xüsusi olaraq hər şeyin lazımi prosedurlardan keçmək üçün düzəldildiyi Qroznıya gəlirlər. Bütün bunlar da erməni  dini rəhbərliyin icazəsi olmadan baş verməsi mümkün deyil. Çeçenistanın mənəvi liderləri tərəfindən "erməni reneqant"lığının təşviq edilməsi həyəcan doğurmaya bilməz. Bunu səmimi bir jest adlandırmaq olmaz. Bu faktların ictimaiyyətə açıqlanması və təkrarlanması daha təəccüblüdür. Axı mövzu düzgün təhlil edilmədən mətbuatda işıqlandırılması üçün çox həssasdır", - deyə yazıb.

Müəllif yazır ki, Erməni Apostol Kiləsi müsəlmanların xtistianlığı qəbul etməsinə yönəlik çağırışlar etməkdən çəkinir. Və bunu "ruhların ovlanması" kimi qarşılanacağından narahatdır. Ölkəsinin istənilərn dinlərə hörmətlə yanaşdığını iddia edən yazar burada riyakarlığa yol verir. İşğal altında olan Azərbaycan torpaqlarında donuz saxlanılan məscidlər, məhv edilən islam mədəniyyət abidələrinini bəs kimi ayağına yazmaq olar.

Daha sonra erməni xüsusi xidmət orqanlarının islamı qəbul edən ermənilərin izlənməsini, onlar üzərində nəzarəti həyata keçirməyə çağırışı əks olunub. Bildirir ki, onlar asanlıqla xarici xüsisi xidmət orqanlaırnın əlində alətə çevrilə bilər. Müsəlman ermənilərin eyni zamanda radikal müsəlman qruplaşmalarına üzv ola biləcəklərindən narahatçılıq da əks olunub.

Müəllif Azərbaycanda dərc olunan "SalamNews" nəşrindən sitat da gətirir . "İslamı qəbul edən ermənilər arasında radikal islamçılar var - vəhabi məzhəbinin tərəfdarları. Sələfi ermənilər müxalifət tərəfində döyüşmək üçün Suriyaya göndərilir" - deyə erməni yazar nəşrdən misal çəkir. Bu məlumatları Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Regional Təhlükəsizlik Problemləri Mərkəzinin baş elmi işçisi Ahmet ​​Yarlıkapov da təsdiqləyir. Alim "müsəlman ermənilərin terror şəbəkələrində meydana çıxmasına dair məlumatlar Ermənistan üçün həyəcan verici bir çağırış olmalıdır. Üstəlik, bir əsr əvvəl Türkiyədə islamı qəbul edən ermənilərdən danışmırıq. Bunlar yalnız bu yaxınlarda islamı qəbul etmiş ermənilərdir. bu insanların erməni adları və soyadları var, eyni zamanda, terror şəbəkələrinə yaxından inteqrasiya edirlər" deyib.

Ermənilərin terrorçu qruplar tərəfindən işə cəlb edilməsinə dair bir neçə fakt var. 2013-cü ildə "Qafqazki uzel"də  Suriyada cihadçıların tərəfində vuruşan Əbu Məhəmməd Əl-Armininin ölümü barədə məlumat var idi. Əsl adı isə Yeğişe Karapetyandır. 2017-ci ilin aprelində Gümrüdə bir rus hərbçisini vəhşicəsinə qətlə yetirən Stepanavan sakini Arman Janjuguzyanın İslam Dövləti terror təşkilatının üzvü olduğu (bir sıra ölkələrdə qadağan olundu) da təsbit edilib.

Müəllif sonda yazır - "Alif TV şəbəkə kanalında Həştərxanda islamı qəbul edən və "Nur-İslam" adını almış keçmiş nüfuzlu kriminal avtoritet Vaçaqan Qabrielyan haqqında bir film çəkilib. Görəsən, Robert Davtyan, Norayr Babacanyan, Anushavan Harutyunyan, Yegişe Karapetyan, Arman Jancuquzyan, Vaçagan Qabrielyan kimi insanları İslama cəlb edən nədir? Bu sual yalnız psixoloqlara və sosioloqlara deyil, inanıram ki, Apostol Kilsəsinin iyerarxlarına da yönəldilməlidir. Həqiqətən, bu şəxslərə məmləkətlərində erməni kilsələri, keşişləri, arximandritlər və yepiskoplar xidmət göstərir. Niyə mənəvi qida axtaran bəzi ermənilər əcdadlarının inancından daha çox yad təlimləri üstün tuturlar?"

Azər Nuriyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.