Ermənistanda sabiq nazir vətəndaşları boykota çağırdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ermənistanda indiki formada tətbiq edilən universal bəyannamə sistemi iqtisadi inkişaf və ya vətəndaşların həyat səviyyəsinin yaxşılaşmasına olan ümidlər kontekstində faydasızdır. Ona görə də ümumi boykota getmək və bəyannamələrin məcburi təqdim edilməsinin ləğvinə nail olmaq lazımdır.
Milli.Az report-a istinadən xəbər verir ki, bu fikirləri "Həyat üçün ölkə" Partiyasının həmtəsisçisi, keçmiş əmək və sosial məsələlər naziri Mesrop Arakelyan deyib.
Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 31-də keçirdiyi mətbuat konfransında bildirib ki, 2024-cü il üçün gəlir vergisi bəyannaməsinin təqdim edilməsi üçün son müddət 2025-ci il mayın 1-dən noyabrın 1-nə köçürülüb.
"Ermənistan hakimiyyəti beynəlxalq təcrübəyə istinad edir, lakin onların təbliğ etdikləri universal bəyannamə sistemi əksər ölkələrdə qəbul edilən modeldən xeyli fərqlənir. Onun sözlərinə görə, hakimiyyətin nəzərində Ermənistan vətəndaşları vergiləri gizlədə bilən potensial cinayətkarlardır. Burada sadə vətəndaşların həyatını yaxşılaşdırmaq istiqamətində nəzərə çarpan heç bir tendensiya yoxdur", - sabiq nazir deyib.
"İndi bəyannamələri doldurmayın, biz hələ də boykot edib imza toplamaqla qanunu ləğv edə bilərik. Əgər son tarix buraxılsa, kimin doldurub, kimin doldurmadığını öyrənənə qədər bildiriş prosesi təxminən iki ay çəkəcək.
Bəyannamə bildirişin alındığı tarixdən 30 gün ərzində doldurula bilər və yalnız bundan sonra onu doldurmasanız, 5 000 dram cərimə gələcək. Mən cəmiyyətin emosiyaya əsaslanmayan qərar verməsini istəyirəm. lakin əminliklə və dəqiqliklə bildirirəm ki, bu məcburi bəyannamə hamımıza qarşı yönəlib", - Arakelyan bildirib.
O, hesab edir ki, Ermənistan hakimiyyətinin elementar iqtisadi bilikləri yoxdur, əks halda belə bir addım atmazdılar. Çünki onların məqsədi daha çox vergi toplamaqdırsa, o zaman bunu belə etmək mümkün olmayacaq.
"Nikol Paşinyan öz ətrafına iqtisadi bilikləri zəif olan insanları toplayıb və bu, təhqir deyil. Məsələn, mənim kimya sahəsində biliyim yoxdur, amma mən Kimya İnstitutunda işləmirəm və orada yüksək vəzifə tutmuram. Əhalinin 25 %-i yoxsul olan və aylıq gəliri 40 min dramdan çox olmayan 2,3 milyon insanı bir sistemdə birləşdirmək ağlabatan deyildi. Hakimiyyət çox yaxşı bilir ki, ölkəni kim talan edir. Hökumətdəkilər bu gün onlarla uğurlu əməkdaşlıq edirlər. Gedin onları ovlayın", - keçmiş nazir qeyd edib.
Arakelyan vurğulayıb ki, Ermənistanda bu qalmaqallı qanunun qəbulundan əvvəl bank sirrini əldə etmək yalnız məhkəmənin qərarı ilə mümkün idi: hətta baş prokurorun da bank sirrini əldə etmək imkanı yox idi, amma bu gün vergi idarəsinin ən aşağı vəzifəli məmuru istənilən vətəndaşın hesabından çıxarış edə bilər. Sabiq nazir hesab edir ki, gələcəkdə "qara bazar"da insanların gəlirləri ilə bağlı məlumat bazaları peyda ola bilər.
O, həmçinin xatırladıb ki, ötən il Ermənistanda vergi daxilolmaları 220 milyard dram (550 milyon dollar) azalıb. Yəni bu gün dövlət artıq ciddi fəsadlarla dolu vergi problemi ilə üzləşib.
Arakelyan baş nazir Paşinyanın bəyannamə sisteminin dövlətinin olmasının əlaməti barədə bəyanatını qeyri-ciddi hesab edir.
"Belə çıxır ki, bəyannamə sistemi olmayan ölkələr dövlət deyil? Yəni biz bu ildən nəhayət ki, dövlətə çevrilmişik?", - o sual verib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Paşinyan Göyçə gölündə çimdi - Video
-
Xaçaturyan müharibədə ölənlərin sayını açıqladı - Aparat təkzib etdi
-
Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunacaq
-
Tsarukyanın həbs müddəti uzadıldı
-
Belarusda Ermənistanın “Yerevan 2800” konyakının satışı qadağan edilib
-
Ermənistanda yol qəzası - beş nəfər ölüb, 7 nəfər yaralanıb
XƏBƏR LENTİ
-
Demet Özdemir görünüşünü dəyişdirdi - (Foto)
-
Ter Şteqen barədə qərar verildi
-
Ermənistan rəhbərliyi anlamalıdır ki, siyasi oyunlar artıq keçərli olmayacaq - Sahil Kərimli
-
Azərbaycanda abort sayı doğuş sayına çatdı
-
Dövlət büdcəsinin layihəsi Nazirlər Kabinetinə təqdim edildi
-
Bakıda Formula 1 yarışı bu tarixdə keçiriləcək - Rəsmi
-
Azərbaycanda minlərlə abonentə təsir edəcək dəyişiklik - internet tarifləri artırılır
-
Trampın 7 milyard dollarlıq sərvətinin sirri - Pulları haradan gəlir?
-
Paşinyan mükafat almaq üçün Almaniyaya gedir
-
Sentyabrın 17-də hava belə olacaq - Proqnoz
-
Veteranlara şad xəbər - 400 manat...
-
Hakimlər Komitəsinin sədrindən etiraf: Penalti səhv imiş
-
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - (Foto)
-
Türkiyədə dönər və qiymə ilə bağlı yeni qaydalar qüvvəyə mindi
-
General-mayor Anton Qrunis öldü
-
Mbappe PSJ-yə pul ödəməli olacaq
-
Qara Qarayev tıxacda qalan uşaqla selfi çəkdi - (Video)
-
Auditorlar Palatasının bir qrup üzvü və əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb
-
Mertsin ABŞ səfəri ləğv edildi
-
Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
-
Tıxaca görə dərsə gecikən tələbələrə güzəşt olacaq?
-
İstanbulda boyun kütlətməyə gedən tır sürücüsü öldü - Həkimdən xəbərdarlıq - (Video)
-
Qəbələdə 65 yaşlı kişini avtomobil vurdu - Öldü





