Ermənistan

Bir erməniyə görə o böyük şəhər itirildi – Paşinyan

18 Yanvar 2025 08:01
Baxış: 1 664
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan Baş naziri Nikol Paşinyanın Səlcuq İmperiyasının Anadoluya yürüşü ilə bağlı paylaşımı diqqət çəkib.

Milli.Az xəbər verir ki, Paşinyan hazırda Türkiyənin Ermənistanla sərhədində yerləşən Ani şəhərinin Bizans İmperiyasından alınmasına bir erməninin səbəb olduğunu bildirib.

O, XI əsrdə Bizans İmperiyasında yaşamış yunan tarixçi Attaliatesin Ani ilə bağlı qeydlərini paylaşıb:

"Attaliates yazır ki, Aninin imperiyadan qoparılması hiylə idi. O zamanlar bölgə qubernatoru idarəçilik üçün imperiyadan ödəniş alırdı. Sonra Baqarat adlı bir erməni Bizans imperatoru Konstantin Monomaxla görüşüb dedi ki, ödəniş almadan ərazini idarə edə bilər. İmperator bu təklifi xoş qarşıladı, ona idarəçi statusu verdi və qubernator təyin etdi. Lakin Baqaratın idarəçiliyi çox uğursuz idi. Bölgə əhalisini ərzaqla təmin edə bilmədi, siyasi və hərbi işlərdə yarıtmaz addımlar atdı. Hətta imperiyaya xeyir vermək adı ilə bütün hərbi qarnizonu dağıtdı, bölgəni müdafiə edəcək heç kim yox idi. Nəticədə Səlcuqlar 1064-cü ildəki hücumla Aniyə nəzarəti ələ keçirdilər".

Qeyd edək ki, böyük Səlcuq imperatoru Alp Arslan 1064-cü ildə Anadoluda yerləşən Ani quberniyasını 25 günlük mühasirədən sonra ələ keçirib. (Globalinfo.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.