Ermənistan

Bu ərazilər Azərbaycana qaytarılacaq - Detallar

12 Sentyabr 2024 15:05
Baxış: 1 247
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paşinyan 2026-cı il seçkilərinə hazırlaşır. Xarici oyunçular - Avropa, Rusiya və Türkiyə razılığa gəlib ki, 2026-cı ilə qədər Paşinyan hakimiyyətdə olacaq. Bu oyunçuların heç biri Paşinyanın əleyhinə olacaq addım atmayacaq, müxalifətə dəstək verməyəcək. Buna görə də Paşinyan 2026-cı ilə qədər sülh sazişini imzalamaq və cəmiyyətə sülh gətirdiyini göstərmək istəyir.

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, bu barədə erməni ekspert Armine Adibekyan deyib.

Onun sözlərinə görə, Paşinyan hakimiyyətdə qalmaq üçün Əliyevin dediklərini təkrarlayır.

"Əliyev deyir ki, bizə vasitəçi lazım deyil, Paşinyan bunu təsdiq edir. Əliyev deyir ki, Göyçəni qaytar, Paşinyan bir azdan bunu dilə gətirəcək. Artıq Vardenis (Basarkeçər) əhalisini saymağa başlayıblar, bu o deməkdir ki, həmin əraziləri Azərbaycana qaytaracaqlar, oradakı əhalini çıxaracaqlar. Tiqranaşen (Kərki) artıq qaytarılmaq üçün hazırdır. Zəngəzur dəhlizi də hazırdır. Dəhlizlə bağlı əsas məsələlər razılaşdırılıb, indi orada kimin dayanacağı müzakirə edilir", - o iddia edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.