Ermənistan

Ermənistanda delimitasiyaya etiraz edən polkovnik saxlanıldı - YENİLƏNİB

27 Aprel 2024 18:18
Baxış: 1 104
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18:18

Azərbaycanla sərhədlərin delimitasiyasına etiraz əlaməti olaraq İrəvan-Tbilisi yolunu bağlayan kütlə ilə polis arasında toqquşma olub.

Milli.Az APA-ya istinadən bildirir ki, nəticədə ehtiyatda olan polkovnik Qriqor Qriqoryan saxlanılıb.

Saxlanılarkən ona qarşı zorakılıq tətbiq edilib.

------------

14:10


Ermənistanın Tavuş vilayətinin Kirants kəndində Azərbaycanla sərhədlərin delimitasiyası haqqında razılaşmaya etiraz edən sakinlərə qoşulan 12 nəfər hərbi qulluqçu cinayət məsuliyyətinə cəlb olunub

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə adı çəkilən ölkənin İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, istintaq sirri olduğundan adları ictimaiyyətə açıqlanmayan hərbçilər tabeliyindəki əsgərlərə etirazların baş verdiyi əraziyə getməyi tapşırıb. Hərbi qulluqçular əraziyə çatdıqdan sonra onlara təhkim olunmuş silahları yerə ataraq, aksiya iştirakçılarına qatılıblar.

"Əldə olunan faktların hərtərəfli araşdırılması üçün zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir" - məlumatda vurğulanıb.

--------

11:52


Ermənistan Müdafiə Nazirliyi Tavuş vilayətində keçirilən etiraz aksiyalarına müqaviləli hərbi qulluqçuların qoşulması barədə məlumatın yayılmasından sonra tədbirlər görməyə başlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın hərbi qurumundan xəbər verilib.

"İnternetdə hərbi geyimli insanların Kirantsda siyasi mitinqə qatıldığı video yayılıb. Ermənistan Müdafiə Nazirliyinin hərbi polisi hərbi geyimli şəxslərin şəxsiyyətinin müəyyən edilməsi və yayılan məlumatların qiymətləndirilməsi üçün tədbirlər görür", - deyə məlumatda bildirilib.

Eyni zamanda, Müdafiə Nazirliyi xəbərdarlıq edib ki, silahlı qüvvələrin siyasi proseslərə cəlb edilməsinə yönəlmiş istənilən cəhdə mütənasib hüquqi qiymət veriləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.