Ermənistan

"Ermənistanda qanun yoxdur, Paşinyan var" - Erməni deputat

25 Aprel 2024 15:42
Baxış: 590
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanda qanun yoxdur, Nikol Paşinyan var.

Milli.Az Unikal-a istinadən xəbər verir ki, bunu erməni deputat Qeqam Manukyan Baqrataşendə baş verən insidenti şərh edərkən deyib. 

"Ermənistanda elə bir vəziyyət yaranıb ki, jurnalistlər informasiya azadlığı haqqında qanunu,  deputatlar reqlamentini, vətəndaşlar da bir sıra qanunları unutmalıdırlar, çünki Ermənistanda qanun yoxdur, Nikol Paşinyan var".

Xatırladaq ki, Ermənistan-Gürcüstan dövlətlərarası avtomobil yolunun Baqrataşen hissəsində gərgin vəziyyət yaranıb. İnsanlar yolu bağlayıblar. Onların yanında "Ermənistan" fraksiyasının deputatları Qarnik Danielyan, Qeqam Manukyan, Aspram Krpeyan da olub. Həmin ərazidə polislə vətəndaşlar arasında baş verən mübahisə nəticəsində Qarnik Danielyan huşunu itirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.