Ermənistan

"Sülh sazişinin prinsipləri razılaşdırılıb"

27 Mart 2024 17:41
Baxış: 807
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanla Azərbaycan arasında sülh sazişinin prinsipləri razılaşdırılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Milli Assambleyasının Fransa-Ermənistan dostluq qrupunun sədri Ann-Lorens Petelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

O bildirib ki, bu prinsiplər 2022-ci il oktyabrın 6-da Praqada keçirilən dördtərəfli görüş çərçivəsində razılaşdırılıb.

Görüş zamanı həmçinin Cənubi Qafqazdakı cari vəziyyət, o cümlədən regional kommunikasiyaların açılması məsələsi müzakirə olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.