Ermənistan

Armen Qriqoryan: Qərbdən Ermənistana heç bir təzyiq yoxdur

6 Mart 2024 18:27
Baxış: 820
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qərbdən Ermənistana heç bir təzyiq yoxdur və heç kim Ermənistanın Rusiya ilə münasibətlərini pozmayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan brifinq zamanı bildirib.

"Bizi tez-tez ittiham edirlər ki, Ermənistanla Rusiya arasında münasibətlər bizim sayəmizdə pisləşib. Gəlin vəziyyətə daha geniş nəzər salaq və Rusiyanın digər ölkələrlə münasibətlərinin pisləşib-pisləşmədiyini anlayaq.

Ermənistan kimi çoxlu nümunələr var. Məsələyə insani müstəvidə nəzər salaq: əgər bir nəfər çox adamla pis münasibətdədirsə, deməli, bu, çoxlarının problemi deyil, yəqin ki, bir nəfərin problemidir", - deyə Armen Qriqoryan qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.