Ermənistan

Babayan sərsəmlədi - Yanvarın 1-də...

14 Oktyabr 2023 21:04
Baxış: 2 110
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanda yenidən baş qaldırmağa çalışan canilər Qarabağdakı keçmiş xunta rejiminin başçısı Samvel Şahramanyanın imzaladığı "sənəd"in ləğvi ehtimalının olduğundan danışmağa başlayıblar.

Bu barədə oktyabrın 14-də "Vahid Vətən" partiyasının başçısı Samvel Babayan erməni mediasına deyib.

"Sərəncam imzalayanda yazdılar ki, yanvarın 1-dək qüvvədədir. Yeganə legitim orqan "Artsax"ın Milli Məclisidir ki, bu sərəncama baxmalı, məhkəməyə göndərməlidir, görəcəklər ki, nə qədər qanuni olub, yoxsa yox. Parlament bundan sonra atacağı addımlarla bağlı qərar verəcək. Əgər o, buna əməl etməsə, prezidenti vəzifəsindən uzaqlaşdıracaq, idarə etmək üçün yeni qurum seçəcək, bütün xalqı köçürməyə və ya problemi danışıqlar yolu ilə həll etməyə çalışacaq" - S.Babayan sərsəmləyib.

Xatırladaq ki, Samvel Şahramanyan 2023-cü il sentyabrın 19-dan sonra yaranmış vəziyyətdən irəli gələn tədbirlər haqqında "fərman" imzalayıb, ona əsasən, 2024-cü il yanvarın 1-dək bütün "dövlət qurumları və idarə təşkilatları"nın buraxılacağını, "artsax"ın mövcudluğunu dayandıracağını elan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.