Amerika

Bayden fövqəladə rejimi uzatdı

10 Sentyabr 2021 11:26
0 Şərh     Baxış: 802
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Prezidenti Co Bayden 11 sentyabr 2001-ci il terror aktlarından sonra ölkədə tətbiq olunan fövqəladə vəziyyət rejimini daha bir il uzadıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Qərargah rəisinin ABŞ Konqresinə göndərdiyi bildirişdə vurğulanır ki, terror təhlükəsi davam etdiyi üçün 14 sentyabr 2001-ci ildə elan edilmiş fövqəladə vəziyyət rejimi uzadılır.

Bundan əvvəl Bayden Ədliyyə Nazirliyinə 2001-ci ilin 11 sentyabr terror aktının araşdırılmasına aid olan sənədlərin məxfilikdən çıxarılmasını tapşırmışdı.

Xatırladaq ki, 2001-cı il sentyabrın 11-də ABŞ-da dünya tarixində misli görünməmiş terror aktları baş verib. Faciə nəticəsində 2 977 nəfər ölüb, 6 300-ə yaxın insan isə yaralanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.