Dünya

Türk idmançıya uduzan erməni qızdan tərbiyəsizlik - FOTO

20 May 2017 12:03
6 Şərh     Baxış: 2 930
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İdmanın uşu növü üzrə Tbilisidə keçirilən Avropa çempionatında xoşagəlməz hadisə baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, erməni idmançı Türkiyədən olan gənc qız Aysel Almaçıya məğlub olduqdan sonra qalmaqal yaradıb. Məğlubiyyəti ilə barışmayan qadın idman sarayının qapılarının şüşələrini sındırıb. Bu da idman sarayının rəhbərliyinin kəskin etirazına səbəb olub. Erməni məşqçi idmançının bu hərəkətinə görə üzr istəyib və yetirməsini təhqir edərək hadisə yerindən uzaqlaşdırıb.

"Ermənistandan olan rəqibimlə görüşdən əvvəl çox həyəcanlı idim. Tatami üzərinə çıxanda türk və azərbaycanlı qardaşlarımın təbriklərini və qələbəyə səsləyən çağırışlarını eşitdim. Bu məni daha da ruhlandırdı və döyüşdə dönüş yaratmağa nail oldum. O məndən canlı olsa da, qalib gəldim. Mənə göstərdikləri dəstəyə görə bütün azarkeşlərimə minnətdaram", - Aysel Almaçı jurnalistlərə müsahibəsində deyib.

A.Almaçı erməni idmançının bu davranışını utandırıcı, idmançıya yaraşmayan, heç bir etikaya sığmayan hərəkət adlandırıb.

Qeyd edək ki, erməni idmançının qeyri-etik davranışı, Belarus, Rusiya, Ukrayna və digər ölkələrdən olan idmançıların və məşqçilərin də narazılığına səbəb olub. Onlar idmançıdan üzr istəməyi tələb ediblər. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.