Dünya

Maliyyə naziri olacaq Mnuçin ifadə verir

19 Yanvar 2017 23:27
0 Şərh     Baxış: 495
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Donald Trampın maliyyə naziri vəzifəsinə nominasiya etdiyi Stiv Mnuçin Senatın Maliyyə Komitəsi qarşısında ifadə verir. O, demokrat Ron Uaydenin mürəkkəb sualları ilə üzləşib.

Trampın maliyyə idarəsinin rəhbəri Mnuçin investisiyalar etməklə zənginləşib. Onun investisiyalarından biri ipoteka kredit şirkəti IndyMac-dir.

Wall Street Journal-ın yazdığına görə, bu bank ən böyük itkiyə məruz qalıb. Belə ki, 9 faizlik kreditlərin ödənişi 2 ay gecikir. Qəzet yazır ki, əvvəlki menecment kreditləri borcların geri qaytarılması imkanlarını nəzərdən keçirmədən verib.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, tənqidçilər Mnuçin bankını borc alanlara yardım etmədiyinə görə tənqid edir. Mnuçin isə ipoteka ödənişlərinə yardım məqsədi ilə kreditlərin dəyişdiriləcəyə vəd verib.

Senatın Maliyyə Komitəsinin respublikaçı sədri Orrin Hatç Mnuçini ABŞ iqtisadiyyatını yoluna salacaq effektiv seçim kimi qiymətləndirir.

Dinləmələrin bir neçə saat sürəcəyi bildirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.