Dünya

Almaniya polisi TBMM sədrinin müavinini saxladı

7 Dekabr 2016 15:22
0 Şərh     Baxış: 960
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Böyük Millət Məclisi (TBMM) sədrinin müavini Ayşenur Bahçekapılı Almaniya polisi tərəfindən "qaçaqmalçılıq"da şübhəli bilinərək saatlarla saxlanılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, onun çantası Almaniyanın Köln şəhərində qaldığı mehmanxanada oğurlanıb. Çantada pul, kredit kartı, pasport da olub. 
Türkiyəli vitse-spiker polisə gedərək hadisəylə bağlı şikayət edib: "Konsulluğumuza getdim, müvəqqəti pasport aldım. Hava limanına gəldikdə isə sözün əsl mənasında qalmaqalla üzləşdim. Polis məni saxladı. Müvəqqəti pasportu qəbul etmədilər. Bizi orada 45 dəqiqə saxladılar. Diplomatik pasportumun olduğunu söylədim. Konsulluğumuzla əlaqə saxlmalarını istədim. Nə dedimsə, "bizi maraqlandırmır" söylədilər. Sadəcə dinlədilər. Millət vəkili və sədr müavini olduğumu dedim. Ancaq dinləməklə kifayətləndilər. Uzun müddət məni orada saxladılar. Nəhayət, uzun araşdırmadan sonra bizi pasport yoxlanılan yerə gətirdilər".
Məlumatda bildirilib ki, mütəxəssislər Türkiyədə axtarışda olan terrorçulara vətəndaşlıq verən Almaniya hökumətinin TBMM sədrinin müavini ilə qorxduğundan belə davrandığını söyləyiblər: "Almaniya bu davranışı ilə bəzi məsələlərdə geri addım atması üçün Türkiyəyə təzyiq göstərir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.