Dünya

"Olimpiadada medal qazanmamaq vətənə xəyanətdir"

26 Avqust 2016 13:59
0 Şərh     Baxış: 1 690
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammədov Rio-de-Janeyroda keçirilən 31-ci Olimpiya Oyunlarında medal qazana bilməyən türkmən idmançıları vətənə xəyanətdə ittiham edib.

Milli.Az hafta.az-a istinadən bildirir ki, Berdımuhammədov ölkənin rəsmi media orqanı olan "Tarapsızlıq" qəzetinə müsahibəsində belə deyib. O, ölkədə idmanı inkişaf etdirmək üçün çoxlu səylər göstərildiyini, amma Rioda istənilən uğurun əldə olunmadığını bildirib.

Türkmən lider Olimpiadada medal qazanılmamasına və uğursuzluğa hirsləndiyini, idmançıların ana vətənə xəyanət etdiklərini deyib.

Berdiməhəmmədovu əsəbləşdirən daha bir məqam isə qonşu ölkələrin medal qazanmaları olub.

Qeyd edək ki, Türkmənistan 1996-cı ildən bu yana müstəqil ölkə kimi qatıldığı olimpiadalarda indiyədək medal hesabını aça bilməyib.

Rioda keçirilən sonuncu Olimpiadada Türkmənistanla qonşu olan Özbəkistan 13 (4-ü qızıl), Qazaxıstan isə 17 medal (3-ü qızıl) qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.