Dünya

İrəvanda silahlı qrupa dəstək aksiyası keçirilir

30 İyul 2016 23:50
0 Şərh     Baxış: 866
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İrəvanın Azadlıq meydanında polis alayının binasını ələ keçirmiş silahlı qrupa dəstək aksiyası keçirilir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, meydana çoxlu sayda etirazçı toplaşıb. Aksiyaya "Böhran Təşəbbüs Şurası"nın üzvü Albert Baqdasaryan rəhbərlik edir.  
 
"Bu gün hətta müəyyən səbəblərdən tərəddüd edən vətəndaşlar belə ümumxalq hərəkatına qatılıb", - deyə o çıxışında bildirib.    
 
Qeyd edək ki, iyulun 29-na keçən gecə İrəvanda polis binasını ələ keçirmiş silahlı qrupa dəstək aksiyası zamanı baş vermiş toqquşmalar zamanı 161 nəfər saxlanılıb, xəsarət almış  73 nəfər xəstəxanalara müraciət edib. Polisin güc tətbiq etməsi nəticəsində 10-dək jurnalist zərər çəkib.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.