Dünya

LUKoyl-un milyarderi 14 yaşlı qıza vuruldu, sonra onunla evləndi - FOTO

28 İyul 2016 10:41
18 Şərh     Baxış: 11 374
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın LUKoyl neft korporasiyasının Sinqapur bölməsinin sabiq rəhbəri, milyarder Valentin İvanovla bağlı böyük qalmaqal qopub.
55 yaşlı milyarder 17 yaşlı model Yelizavetanın Adamenko ilə evlənib.
İlk baxışdan "normal" olaydır.
Qalmaqalın səbəbi isə 17 yaşlı Yelizavetanın 3 il əvvəl, yəni 14 yaşı olanda rus milyarderlə qeyri-rəsmi nikahda yaşamağa başlamasıdır.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Rusiyanın Kansk şəhərinin sakini olan Y.Adamenko 13 yaşı olanda model karyerasına başlayıb. O, Moskvadakı "Avant Models" agentliyində iki fotosessiyaya çəkiləndən sonra V.İvanovun diqqətini çəkib. 

"Sultan" ləqəbi ilə tanınan V.İvanov qıza vurulub, Yelizaveta 14 yaşına çatanda onunla faktiki olaraq yaşamağa başlayıb.
Yelizavetanın valideynləri bu izdivacdan razıdırlar. 
V.İvanov əvvəllər model Yena İvanova ilə evli nikahda olub. Bu nikahda Sofiya adlı qız da doğulub.
Rusiyalı milyarder qızı yaşda xanımı ilə birlikdə Sinqapurda yaşayır.
Onların toyu ay yarım əvvəl Fransız Rivyerasında, Vans kəndinin yaxınlığındakı Sen-Jannet qəsrində olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.