Dünya

Rusiyanın SU-24 təyyarəsinin vurulması təkrar araşdırılacaq

27 İyul 2016 00:19
0 Şərh     Baxış: 2 719
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyaya məxsus "SU-24" döyüş  təyyarəsinin türkiyəli pilot tərəfindən vurulması təkrar araşdırılacaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak bildirib.
 
"Düşünürəm ki, Rusiya təyyarəsi ilə bağlı insident təkrar araşdırılacaq", -  deyə nazir bildirib.
 
Qeyd edək ki, bundan əvvəl Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Yasin Aktay bildirib ki, Rusiyaya məxsus "SU-24" bombardmançı təyyarəsini vurmaq qərarını türkiyəli pilot özü verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.