Dünya

Fəllucə mühasirəyə alındı

28 May 2016 23:59
0 Şərh     Baxış: 1 195
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İraq ordusu və könüllülərdən ibarət dəstələt İŞİD-in nəzarətində olan Əl-Fəlucə şəhərini mühasirəyə alıblar.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu İraq ordusunun əməliyyat qərargahının rəisi Abdel Əmir əş-Şimari deyib.  
 
Onun sözlərinə görə, qoşunlar hazırda şəhərin mərkəzi rayonlarının 2-3 kilometrliyində mövqe qurublar: "Terrorçular xeyli sayda itki verirlər və geri çəkilirlər".  
 
Məlumata görə, Əl-Fəlucəyə paytaxt Bağdaddan əlavə olaraq  5 min xüsusi təyinatlı cəlb olunub.    
 
Əl-Fəlucədə hazırda şəhəri əməliyyatadək tərk edə bilməyən 50 mindən 90 minədək dinc sakinin qaldığı bildirilir.    
 
İŞİD  mühasirəni qırmaq üçün terrorçu-kamikadzelərin vasitəsi ilə təhlükəli hücumlar həyata keçirir. Onların Əl-Fəlucə ətrafındakı blok-postlarda törətdiyi üç partlayış nəticəsində 70-dən çox hərbçi həlak olub.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.