Dünya

Çoban robot da yaratdılar

24 May 2016 15:23
2 Şərh     Baxış: 1 075
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstraliyanın Sidney Universitetinin alimləri heyvanların otarılması ilə məşğul olacaq robot yarada biliblər.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu robot xəstə heyvanları aşkar edən, onların bədənlərinin hərarətini ölçə bilən, həmçinin onların hərəkətlərini izləməyi bacaran xüsusi sensorlarla təchiz edilib.
 
Bundan başqa, robot otlaqların strukturu və keyfiyyətini müəyyən etməyi bacarır.

Mütəxəssislər hesab edirlər ki, robot, eyni zamanda, 150 inəyin otarılması ilə məşğul ola bilir. O, heyvanları sudan, palçıq və ya bataqlıqdan təhlükəsiz şəkildə keçirməyi bacaran əvəzedilməz köməkçi olacaq. 

Hazırda robot sınaqdan keçirilir və bu sınağı uğurla keçərsə, onu fermerlər heyvanların otarılmasında istifadə edə biləcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.