Dünya

Beləsı olmamışdı: Canı sıxıldı, futbol matçını vaxtından əvvəl dayandırdı

1 Dekabr 2015 12:34
3 Şərh     Baxış: 1 242
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mavritaniyada ölkə Superkubokunun finalında gözlənilməz qərar qəbul edilib.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, oyunun ikinci hissəsində, komandaların hesabları bərabər olduğu bir vaxtda gözlənilmədən hakim fiti səsləndirərək matçın bitdiyini bildirir. Daha sonra məlum olur ki, belə bir tapşırıq ölkə prezidentindən gəlib.

Belə ki, noyabrın 28-də Mavritaniyanın Müstəqillik Günündə ölkədə daha vacib tədbirlər planlaşdırıldığı üçün prezident Məhəmməd Uld Əbdüləzizin oyunu sona qədər izləməyə səbri çatmayıb.

Lakin qalibin kim olacağını bilmək üçün prezident oyunun dayandırılmasını və penaltilər mərhələsinə keçməyi əmr edib və Superkubokun qalibi bu yolla müəyyənləşib.

Lakin yerli Futbol Federasiyası bu iddiaları təkzib edib və bunun, hər iki komanda prezidentləri və məşqçilərinin birgə qərarı olduğunu açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.