Dünya

Türkiyənin sərhədini pozan rus pilotu azərbaycanlı general xilas edib - FOTO

27 Noyabr 2015 11:54
24 Şərh     Baxış: 17 672
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin hava sərhədini pozan Rusiyanın "Su-24" hərbi təyyarəsinin sağ qalan pilotunu İran İnqilab Keşikçiləri Qvardiyasının xaricdəki qolu, "Qüds"ün komandanı, azərbaycanlı Qasım Süleymaninin başçılıq etdiyi dəstə xilas edib.

"Report" xəbər verir ki, bu haqda İranın "Fars" xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, pilotun xilas edilməsi ilə bağlı birinci əməliyyat uğursuz olub. İkinci əməliyyat isə Q.Süleymaninin başçılığı ilə keçirilib və uğurla başa çatıb. Pilot Rusiyanın Suriyadakı hərbi hava bazasına aparılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.