Dünya

Şimali Koreyada parad keçirilib

10 Oktyabr 2015 19:21
0 Şərh     Baxış: 681
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şimali Koreyada, hakimiyyətdə olan İşçi Partiyasının 70 illiyi münasibətilə böyük bayram tədbirləri həyata keçirilir.
Ölkə paytaxtı Pxenyanda əsgərlərlə yanaşı, zirehli texnika və ballistik raketlər nümayiş etdirilir.
Dünya liderlərinin qatılmadığı tədbirdə Şimali Koreyanın ali rəhbəri Kim Jong-un iştirak edib.
O bildirib ki, Şimali Koreya ABŞ-a qarşı istənilən müharibəyə hazırdır.
Bayram tədbirində minlərlə əsgər iştirak edib. Onlardan bir çoxu əllərində partiyanın qırmızı bayraqlarını və plakatlar daşıyıblar.
Cənab Kim-in çıxış etdiyi kürsünün önündən tanklar keçib və hərbi təyyarələr havada 70 rəqəmini əmələ gətirib.
Şimali Koreyanın ən yaxın müttəfiqi olan Çin tədbirə Kommunist Partiyasının yüksək rütbəli rəsmisini göndərib. BBC-nin Pxenyandakı müxbiri Steve Evans bildirib ki, bu, Pekinlə Pxenyan arasındakı yaxın münasibətlərə işarədir.
Şiamli Koreya lideri günə Kumsusan Sarayında atası və babasının xatirəsini anmaqla başlayıb, rəsmi mətbuat xəbər verib.
Şimali Koreyanın nüvə proqramı regionda narahatlığa səbəb olub.

Pxenyanın üç yeraltı nüvə testini həyata keçirdiyi güman edilir və beynəlxalq sanksiyalara baxmayaraq dördüncü testi həyata keçirəcəyini də bildirib.
Keçən ay Yongbyong nüvə təsisatının yenidən fəaliyyətə başladığı açıqlanıb və ölkə nüvə silahlarını "keyfiyyət və kəmiyyət" baxımından inkişaf etdirəcəyini bəyan edib.
Lakin ABŞ rəsmiləri bu iddialara şübhə ilə yanaşdıqlarını bildiriblər.
1950-1953-cü illər müharibəsi sülh razılaşması ilə deyil, atəşkəslə başa çatdığından, Şimali və Cənubi Koreya hələ də texniki olaraq müharibə şəraitindədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.