Dünya

"NATO gizlətmir ki, bu gün Rusiya onun düşməninə çevrilir"

5 Mart 2015 14:58
0 Şərh     Baxış: 891
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Anatoli Antonov: "NATO Ukraynada yaranmış vəziyyətdən bizim sərhədlərimizə yaxınlaşmaq üçün istifadə edir"

"NATO Ukraynada yaranmış vəziyyətdən Rusiyada Federasiyasının sərhədlərinə yaxınlaşmaq üçün istifadə edir".

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov deyib.

"Biz diqqət yetirdik ki, NATO ölkələri diplomatik sözləri bir kənara atmaq və Rusiya sərhədlərinə doğru irəliləmək üçün Ukrayna məsələsindən bəhanə kimi istifadə etdilər", - deyə nazir müavini söyləyib.

A. Antonov qeyd edib ki, o, alyans tərəfindən Rusiya sərhədlərində nə qədər təlim keçirildiyini və Rusiya sərhədləri boyunca nə qədər hərbi uçuş həyata keçirildiyini yoxlatdırıb: "Deyə bilərəm ki, NATO-nun aktivliyi Rusiya ordusunun etdiklərini dəfələrlə üstələyir. Altı qərargahın yaradılması barədə (məsələn, Baltikyanı ölkələrdə) son qərar yalnız bir şeyi göstərir: əvvəlki bütün vədlər unudulub, NATO gizlətmir ki, bu gün Rusiya onun düşməninə çevrilir".

A. Antonovun sözlərinə görə, NATO simurq kimi dirçəlməyə imkan tapıb: "Hər kəs Sovet İttifaqının dağılmasından (təəssüf ki) sonra düşünürdü və arzulayırdı ki, növbəti düşmən kim olacaq. Artıq gözəl bir imkan var - Rusiyanı düşmənə çevirmək".

Nazir müavini Münhen təhlükəsizlik konfransında iştirak etdiyini və NATO ölkələrinin, xüsusən Rusiya ilə həmsərhəd ölkələrin nümayəndələrinin çıxışlarındakı anti-Rusiya tonundan kədərləndiyini söyləyib. Bununla yanaşı, o, NATO-nun fəallığının Rusiya üçün ciddi təhlükə törətmədiyini vurğulayıb: "Rusiya Silahlı Qüvvələri adekvat fəaliyyət göstərir. Rusiya Müdafiə Nazirliyi vəziyyətin istənilən inkişafına hazırdır və durum daim təhlil edilir".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.