Dünya

Dollara görə şok qərar verildi

27 Fevral 2015 23:50
2 Şərh     Baxış: 33 282
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Türkiyə Mərkəzi Bankı bahalaşmanın qarşısını almağa çalışır
Türkiyənin Mərkəzi Bankı volatilliyin (dəyişkənliyin) artması ilə əlaqədar gündəlik satış hərraclarının keçirilməsi üzrə tenderlerə dəyişiklik etmək barədə qərar verib.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, Mərkəzi Bank milli valyutanın sabit saxlanılması üçün müəyyən güzəştlərə gedəcək.

"Valyuta bazarında yaranmış vəziyyətlə əlaqədar fevralın 27-dən etibarən valyuta hərracları üzrə kompensasiyaların məbləği gündəlik olaraq müəyyən ediləcək. Belə ki, ehtiyac olarsa gündəlik satış hərracları 50 fazi artırılaraq 40 milyon dollardan 60 milyon dollara artırılacaq", deyə MB-nin açıqlamasında bildirilir.

Bu açıqlamadan sonra Türkiyədə dollar dərhal ucuzlaşıb. Belə ki, 1 dollar 2,50 lirədən aşağı düşüb. Qeyd edək ki, Türkiyədə son günlər dollar kəskin bahalaşaraq 1 dollar 2,51 lirə təşkil edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.