Dünya

Rusiyadan AB-yə yeni qadağa

21 Oktyabr 2014 10:48
0 Şərh     Baxış: 802
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada Avropa İttifaqından bəzi ət məhsullarına qadağa qüvvəyə mindi

Rusiya Qərbin tətbiq etdiyi sanksiyalara cavab olaraq Avropa və Birləşmiş Ştatlardan gətirilən ərzaq məhsullarına qoyulmuş məhdudiyyətləri genişləndirərək, müxtəlif növ ət məhsullarına qadağa tətbiq edib.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, Rusiyanın kənd təsərrüfatı məhsullarına nəzarət edən "Rosselxoznadzor" Avropa ölkələrindən dana və donuzun iç orqanları, həmçinin dana, donuz və toyuq piyinin idxalına məhdudiyyətlərin bu gündən qüvvəyə minəcəyini bildirib.

Agentlik məhdudiyyətlər haqda qərarın Avropadan bu məhsullarda qadağan olunmuş və zərərli maddələrin aşkar edilməsindən sonra verildiyini bildirib. Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Krımı ilhaq etdiyinə və Ukraynanın şərqində separatçılara dəsək verdiyinə görə Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaları tənqid edib.

Moskvada hakim Yedinaya Rossiya partiyası tərəfindən təşkiş edilmiş tətbiqdə məruzə ilə çıxış edən Sergey Lavrov deyib ki, Ukrayna və Rusiya tərəfdarı separatçıların keçən ay atəşkəs haqda razılıq imzalanmasından sonra Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsi Birləşmiş Ştatların Avro-Atlantik məkanda öz liderliyini bərpa edib, "Rusiyanı öz yerinə oturtmaq" məqsədilə Ukraynada vəziyyətdən istifadə etdiyini göstərir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.